

Dağınıq skleroz baş beyin, görmə sinirləri və onurğa beynini zədələyən xroniki nevroloji xəstəlikdir. Xəstəlik zamanı sinir liflərini qoruyan mielin qatı zədələnir və nəticədə sinir impulslarının ötürülməsi pozulur.
Statistik məlumatlara görə, dünyada təxminən 2.3 milyon insan dağınıq sklerozdan əziyyət çəkir.
Bu günün məqsədi dağınıq skleroz haqqında məlumatlılığı artırmaq, erkən diaqnostikanın əhəmiyyətini vurğulamaq və xəstələrə dəstəyi təşviq etməkdir.
