Bizi izləyin:
Heydər Əliyev
ATU əməkdaşlarının növbəti elmi məqaləsi ən böyük elmmetrik istinad bazası “Scopus”- da yer alıb

ATU əməkdaşlarının növbəti elmi məqaləsi ən böyük elmmetrik istinad bazası “Scopus”- da yer alıb

    Azərbaycan Tibb Universitetinin (ATU) Sitologiya, embriologiya və histologiya kafedrasının müdiri, professor Eldar Qasımov və Elmi Araşdırmalar Mərkəzinin Elektron Mikroskopiya şöbəsinin müdiri, dosent Fuad Rzayevin “Qazma mayesinin subletal dermal toksikliyi və onun siçovullarda hematoloji, biokimyəvi və histopatoloji göstəricilərə təsiri” adlı məqaləsi “Dose-Response” jurnalında (WoS, Scopus, Q2, IF-2.6) nəşr olunub.

   Dünyanın ən böyük əsas, elmmetrik istinad platforması sayılan “Scopus”-da yer almış məqalədə Qazaxıstan, Tacikistan və Azərbaycan alimlərinin birgə həyata keçirdikləri tədqiqat işinin nəticələri əks olunur. Bu tədqiqatda qazma məhlulunun eksperimental şəraitdə siçovulların dərisinə zəhərli təsiri müxtəlif üsullarla qiymətləndirilib.

   Məlum olub ki, qazma məhlulunun təsirindən dəridə detoksikasiya fermentlərinin aktivliyi ilə əlaqəli leykosit, neytrofil və eozinofillərin sayları əhəmiyyətli dərəcədə artır. Dəri ilə yanaşı qaraciyər və böyrəklərdə baş verən histopatoloji dəyişikliklərin müşahidə olunması dermal-rezorbtsiv toksikliyin göstəricisi kimi qiymətləndirilib.

   Klinik-davranış, hematoloji, biokimyəvi və morfoloji dəyişikliklər qazma mayeləri ilə dəri təmasının potensial peşə təhlükəsini təsdiqləyir və peşə risklərinin qiymətləndirilməsində bu təsirin nəzərə alınmasının zəruriliyi əsaslandırılır.

https://journals.sagepub.com/doi/epdf/10.1177/15593258261436773

 

Paylaş

Dostlarınız ilə paylaşın.