1950-ci ildən bəri hər il aprel ayının 7-də Ümumdünya Sağlamlıq günü qeyd edilir. Dünya Sağlamlıq Günü hər il dünya səhiyyəsi qarşısında duran qlobal problemlərə həsr olunur. Bu gün sağlamlığın nə dərəcədə böyük əhəmiyyət daşıdığını anlatmaq məqsədilə çoxsaylı maarifləndirmə tədbirləri keçirilir.
Bu il Ümumdünya Sağlamlıq Günü - şəkərli diabet xəstəliyinin qarşısının alınması və müalicəsi mövzularına həsr olunur.
Bu günün şüarı belədir: “Fəal ol, Sağlam qidalan, Tibbi məsləhətlərə riayət et, Şəkərli diabetə qalib gəl”.
Avropa Regionunda 64 milyon insan şəkərli diabetdən və xəstəlik hər il minlərlə insanın ölümü ilə nəticələnir. Halbuki, hesablamalara görə, azı 20% 2-ci tip şəkərli diabet hallarının qarşısı alına bilər.