Azərbaycan Tibb Universitetinə rektor təyin olundu

  Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Azərbaycan Tibb Universitetinə rektor təyinatı ilə bağlı sərəncam imzalayıb. Sənəddə qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Gəray Çingiz oğlu Gəraybəyli Azərbaycan Tibb Universitetinin rektoru təyin edilsin". Professor Gəray Gəraybəyli bu təyinata qədər Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri, Respublikanın baş psixiatrı vəzifəsində çalışırdı.