Bizi izləyin:
Heydər Əliyev
Hərbi tibb fakültəsi Tələbə Elmi Cəmiyyətinə yeni sədr seçilib

Hərbi tibb fakültəsi Tələbə Elmi Cəmiyyətinə yeni sədr seçilib

Azərbaycan Tibb Universitetinin (ATU) hərbi tibb fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) genişləndirilmiş müşavirəsi keçirilib.

İki paneldən ibarət olan tədbirin ilk hissəsində hərbi tibb fakültəsinin rəisi, tibb xidməti polkovniki Məharət Rzayev, ATU TEC-in elmi rəhbəri, dosent Nərgiz Məmmədova, ATU TEC sədri Nigar Babayeva, sədr müavinləri və İctimai səhiyyəf fakültəsinin TEC elmi rəhbəri, dosent Fərəh Baxışlı çıxış edərək elmi əməkdaşlığın önəmini vurğulayıblar.

Universitetin Startup və kommersiyalaşdırma şöbəsinin müdiri, dosent Ayət Cəfərova, koordinatoru Könül Qaragözova isə tələbələrin innovativ layihələrə cəlb olunması barədə məlumat veriblər. Tədris şöbə rəisinin Elmi İşlər üzrə müavini, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, tibb xidməti polkovnik-leytenantı Saleh Əhmədov isə TEC-in bir illik fəaliyyətinə dair geniş hesabat məruzəsi ilə çıxış edib.

İkinci paneldə TEC Şurası çərçivəsində rəsmi sədr seçkiləri keçirilib. Fakültə tələbələrindən ibarət 4 namizədin platforması dinlənildikdən sonra Şuranın 31 üzvündən 27 nəfərin və fakültə rəisinin iştirakı ilə Hesablama Komissiyasının üzvlərinin (Möhsün Quluzadə-VI kurs, Elmir Mirzəyev- IV kurs, Qəndab Bağırova- I kurs) nəzarəti altında səsvermə prosesi baş tutub. Səsvermənin nəticələrinə əsasən, səslərin mütləq çoxluğunu qazanan II kurs tələbəsi Fərid Rzayev hərbi tibb fakültəsi TEC-in yeni sədri seçilib.

 

Paylaş

Dostlarınız ilə paylaşın.