İraq Respublikasının Azərbaycandakı səfiri, doktor Fadhil əl-Şuveyli Azərbaycan Tibb Universitetdə (ATU) təhsil alan İraq tələbələri ilə görüşüb.
Universiteti ziyarəti zamanı səfir Fadhil Əl-Şuveyli ATU-nun xarici tələbələr üçün ayrılmış yataqxanasında olub. Burada yaradılan şəraitlə yaxından tanış olan səfir yataqxanada tələbələrin rahat yaşayışının təmin olunmasından məmnunluğunu bildirdi. İraqdan olan gənclər universitetdəki təhsil səviyyəsindən, o cümlədən xarici tələbələrə qarşı münasibətdən razı qaldıqlarını bildirdilər.
Görüş zamanı Daha sonra ATU-nun xarici tələbələrlə iş üzrə dekanı İsmayıl Əfəndiyev Azərbaycan və İraq arasında olan tarixi dostluq münasibətlərindən söz açdı. ölkələrimiz arasında tarixi köklərə əsaslanan iqtisadi, mədəni, dini əlaqələr olduğunu, Azərbaycan ilə İraqı möhkəm dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirdiyini qeyd etdi.
Səfir Fadhil Əl-Şuveyli həmçinin Azərbaycan Tibb Universitetinin diplomlarının gələcəkdə İraqda birbaşa tanınması üçün aparılan işlər haqqında da tələbələri məlumatlandırdı. Səfir Fadhil Əl-Şuveyli isə növbəti tədris ilində ATU-ya İraqdan çox saylı tələbələrin müraciət edəcəyini bildirdi.