

Yüksək akademik göstəricilərə və fərdi inkişaf sahəsində nailiyyətlərə malik tələbələrin dəstəklənməsi məqsədilə “Lynk & Co Azərbaycan” şirkəti 2026-cı il üçün “Təhsilə Dəstək Təqaüd Proqramı"nı həyata keçirir.
Proqram yalnız akademik uğurları deyil, eyni zamanda startap təşəbbüsləri, sertifikatlar, elmi fəaliyyətlər və sosial aktivlik kimi faktorları da nəzərə alaraq, ən potensiallı gəncləri seçir və onların inkişafına investisiya edir.
Umumi fondu 10.000 AZN təşkil edən proqram çərçivəsində 5 tələbənin müxtəlif məbləğlərdə mükafatlandırılması nəzərdə tutulur.
Müraciətlərin qəbulu 31 iyul 2026-cı il tarixinə qədər davam edəcək. Təqdim olunmuş müraciətlər müvafiq qiymətləndirmə mərhələlərindən keçirildikdən sonra qaliblərin adları 1-15 sentyabr tarxilərində elan olunacaq.
https://grant.lynkco.az/#about
