Azərbaycan Tibb Universiteti (ATU) əcnəbi tələbələrinin sayına görə ölkəmizdə ilk yeri tutur. Hazırda 24 ölkədən 1000-ə yaxın xarici tələbə ATU-da tibb, əczaçılıq, stomatologiya ixtisasları üzrə müxtəlif pillələrdə təhsil alarlar, və ildən ilə dünyanın müxtəlif ölkələrin vətəndaşları arasında ATU-da təhsil almasına maraq artır.
Bu günlərdə İordaniya Haşimilər Krallığının Amman şəhərində İGEC şirkəti tərəfindən təşkil olunmuş beynəlxalq təhsil sərgisi keçirilib. Sərgidə Avstraliya, Avropa və Amerikanın aparıcı universitetləri iştrak ediblər.
Azərbaycan Tibb Universitetinin də iştirak etdiyi bu tədbirdə ali məktəbi xarici tələbələrlə iş üzrə Dekan, dosent İsmayıl Əfəndiyev təmsil etmişdir.
Dos. İ. N. Əfəndiyev tədbirdə ATU barədə geniş təqdimatla çıxış edib, sərgiyə gələn gənclərin və valideynlərinin çoxsaylı suallarına cavablayıb.
Qeyd edək ki, İordaniya dövləti tərəfindən ATU-nun diplomları rəsmən tanınır. Ona görə də, bu ölkənin gənc vətəndaşlarının Azərbaycan Tibb Universitetinə marağı ildən-ilə artır