Heydər Əliyev
Azərbaycan Tibb Universitetinin “Məzun Günü – 2026”

Azərbaycan Tibb Universitetinin “Məzun Günü – 2026”

   Bir dövr bitir. Bir ömür başlayır...
Ağ xalatla qurulan arzular, yuxusuz gecələr, imtahan həyəcanı, ilk praktikalar və unudulmaz tələbəlik illəri...
İndi isə həmin yolun ən möhtəşəm nöqtəsindədir.
    2025/2026-cı tədris ilində Azərbaycan Tibb Universitetinin (ATU) 9 ixtisas üzrə 1270 tələbəsi məzun olur. 
Bu ixtisaslara Tibb ixtisası, Stomatologiya, İctimai səhiyyə, Fizioterapoya və tibbi reabilitasiya, Tibbi bacısı işi, Əczaçılıq, Hərbi tibb, Hərbi stomatologiya, Hərbi feldşer ixtisasları daxildir. 
   Onlardan Tibb ixtisası üzrə 760, Stomatologiya ixtisası üzrə 221, İctimai səhiyyə ixtisası üzrə 50, Fizioterapiya və tibbi reabilitasiya ixtisası üzrə 30 nəfər məzun olur. Bundan başqa, Tibbi bacısı işi ixtisası üzrə 30, Əczaçılıq ixtisası üzrə 85, Hərbi tibb ixtisası üzrə 24, Hərbi stomatologiya ixtisası üzrə 5, Hərbi feldşer ixtisası üzrə 65 nəfər məzun olur. 
   1270 tələbədən 320 nəfəri ali təhsil müəssisəsini fərqlənmə ilə başa vurur. Fərqlənmə ilə bitiriən tələbələrdən iki nəfəri əcnəbi vətəndaşlardır.

  Tədbirdə səhiyyə naziri Teymur Musayev, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, ATU rektoru Gəray Gəraybəyli çıxış edərək, məzunları təbrik ediblər.

Paylaş

Dostlarınız ilə paylaşın.