

Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin 4-cü kurs tələbəsi Fərəh Məhəmməd Cərrahpaşa Tələbə Elmi Tədqiqat Klubu tərəfindən İstanbulda təşkil edilən XIX Beynəlxalq Tibb Tələbələrinin Tədqiqat Konqresində iştirak edib. Universitetimizi beynəlxalq akademik platformada təmsil edən F.Məhəmməd, müxtəlif ölkələrdən olan iştirakçılar arasında üstün tədqiqat və təqdimat bacarıqları nümayiş etdirərək Poster Təqdimat Müsabiqəsində II yerə layiq görülüb.
