 – nefroloq baxışında, klinik hal ilə” mövzusun.jpg)
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında rezidentlər üçün “Granulomatosis with polyangiitis (GPA) – nefroloq baxışında, klinik hal ilə” mövzusunda növbəti elmi seminar keçirilib.
ATU-nun Rezidentura və Magistratura şöbəsi ilə ATU Tədris Terapevtik Klinikasının Nefrologiya şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan seminarda Rezidentura və Magistratura şöbəsinin müdir müavini, assistent Dr. Namiq Xəlilov rezidentlərin davamlı tibbi təhsilinin əhəmiyyəti və nizam-intizama riayət etməyin vacibliyindən söz açıb. Mövzunun aktuallığına da toxunan N.Xəlilov GPA-nın multidissiplinar xəstəlik olması və bu xəstəlikdə sürətli diaqnozun həyati əhəmiyyət daşıması haqda məlumat verib.
I Daxili Xəstəliklər kafedrasının professoru, həkim-nefroloq Dr. Aytən Məmmədzadə çıxışında GPA-nın diaqnozu, simptomların erkən mərhələdə düzgün qiymətləndirilməsi, xəstəlik üçün risk qrupları, həmçinin GPA zamanı ən təhlükəli ağırlaşmalar və s. barədə vacib məqamlara toxunub.
Daha sonra elmi təqdimatla çıxış edən rezident Məhərrəm İsayev GPA-nın tarixi, patogenezi, klinik əlamətləri və müalicə prinsipləri haqda ətraflı məlumat verib.
GPA-nın patogenezində iştirak edən mürəkkəb mexanizmlər, müalicə sxemləri və erkən diaqnostikanın vacibliyi ətrafında fikir mübadiləsi ilə davam edən seminar klinikanın baş həkimi Fəridə Hacıyeva, professor Aytən Məmmədzadə və assistent Şəlalə İsmayılovanın da fəal iştirak etdiyi müzakirələrlə başa çatıb.