Tibbi-profilaktika fakültəsində 28 aprel 2016-cı ildə saat 12:00-da Tələbə Elmi Cəmiyyətinin XXXX konfransı keçirilib. Konfrans 3 bölmədə işini davam etdirilib:
1. Gigiyena bölməsi - Ümumi gigiyena və ekologiya kafedrasında keçirilmişdir. Gigiyenanın müasir, aktual problemlərinə həsr edilib, 7 məruzə dinlənilib. Münsiflər heyəti kafedra müdirləri və professorlardan təşkil olunub. Ən yaxşı məruzələr diplomlarla və sertifikatlarla təltif edilib.
2. Mikrobiologiya, immunologiya və Epidemiologiya bölməsi - Epidemiologiya kafedrasında keçirilib. Bu bölmədə 5 məruzə dinlənilmiş, ən yaxşı məruzələr diplom və sertifikatlarla təltif edilib.
3. Biokimya bölməsi - bu bölmədə 5 məruzə dinlənilmişdir və ən yaxşı məruzələr diplom və sertifikatlarla təltif edilib.
Konfransın açılışında giriş sözü ilə təşkilat komitəsinin sədri, fakültə dekanı dos. A.M.Məmmədov çıxış edib. Konfrans aktiv diskussiya şəraitində keçirilib, tələbə və müəllimlər müzakirələrdə iştirak ediblər. Konfransın yekununda fakültə dekanı dos. A.M.Məmmədov söylənilən fikirləri ümumiləşdirərək konfransa yekun vurub. Beləliklə, konfrans öz işini başa çatdırıb.