

Azərbaycan Tibb Universitetinin Epidemiologiya və Biostatistika kafedrasının assistenti, t.ü.f.d. A.M.Rəşidov Gürcüstanın paytaxtı Tbilisidə “Sahə epidemiologiyası üzrə təlim proqramı” (FETP) ilə bağlı görüşdə iştirak edib.
Amerikanın Xəstəliklərə Nəzarət Mərkəzlərinin (CDC) və Kolumbiya Universitetinin texniki dəstəyi ilə keçirilən görüşdə proqram məzunlarının səhiyyə sistemində rolu, epidemioloji nəzarət sisteminin təkmilləşdirilməsi istiqamətində ölkənin prioritetləri, növbəti təlimlər üçün mütəxəssislərin seçimi və ictimai səhiyyə sahəsinin inkişafına verilə biləcək töhfələr müzakirə olunub.
