İctimai fənlər kafedrasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 93- cü ildınümünə həsr edilmiş Tələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilib.
Konfransı açan ictimai fənlər kafedrasınım müdiri, professor Qoşqar Əliyev ilk öncə erməni hərbi birləşmələrinin sərhədyanı bölgələrdə törətdikləri təxribatların qarşısının milli ordumuz tərəfindən qəhrəmancasına alınmasına toxunub. Torpaqlarımızın müdafiəsi zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qazanılmış qələbə və xalqımızın döyüş əhval-ruhiyyəsinin yüksək olmasının sevindirici hal olduğunu söyləyib. Sözünə davam edən natiq bildirib ki, kafedramızda keçirilən bu konfranslar hər il ənənənəvi olaraq Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının öyrənilməsi və milli – mənəvi dəyərlərimizin qorunub saxlanılması üçün çox əhəmiyyətlidir. Ulu öndərin Azərbaycan təhsilinə göstərdiyi qayğıdan söhbət açan Q. Əliyev vurğulayıb ki, ümumilli lider Heydər Əliyev gəclərin yaxşı təhsil almasına və onların uğurlu karyera, gözəl gələcək qurmalarına diqqətlə yanaşıb.
Konfransda 15 tələbənin ulu öndər Heydər Əliyevə həsr edilmiş məruzəsi dinlənilib. 35a qrup tələbələri Əli Quliyev ”Heydər Əliyev ideyaları xalqımızın mili- mənəvi dəyərlərinin formalaşmasının məbədidir” , Aynurə Şadlinskaya “Dövlət dilimizin böyük himayədarı”və Hüseyn Hüseyinli ”Heydər Əliyev və XX əsrin neft kontraktı” 44a qrup tələbəsi Əfsanə Bayramova ”Heydər Əliyev və gənclər siyasəti”, 1b qrup tələbəbələri Ləman Kərimli ”Heydər Əliyev dünya miqyaslı siyasətçidir” və Gülgəz Ələkbərova ”Heydər Əliyevin Azərbaycana ikinci qayıdışı”, 10a qrup tələbələri Şükriyyə Əliyeva “Heydər Əliyev milli intibahımızın banisidir” və Hidayət Rüstəmzadə “YAP-milli inkişafımızda aparıcı qüvvədir”, 6b qrup tələbəsi Nərmin Nemətzadə “XX əsrin qüdrətli siyasi lider” və başqaları çıxış ediblər. Konfransın sonunda kafedra əməkdaşlarının yazmış olduqları üç adda kitab tələbələrə hədiyyə edilib.