Heydər Əliyev
Türkiyədə yay təcrübəsi fürsəti - Rəcəb Tayyib Ərdoğan Universitetində 1 aylıq təcrübə proqramına müraciətlər başladı

Türkiyədə yay təcrübəsi fürsəti - Rəcəb Tayyib Ərdoğan Universitetində 1 aylıq təcrübə proqramına müraciətlər başladı

Azərbaycan Tibb Universitetinin tələbələri!

Türkiyənin Rize şəhərində yerləşən Rəcəb Tayyib Ərdoğan Universitetində yay təcrübə proqramına müraciət açıq elan olunur.

Azərbaycan Tibb Universitetində təhsil alan 15-20 nəfər tələbə üçün 1 aylıq yay təcrübə proqramında iştirak imkanı yaradılır.

Proqram haqqında:

Müddət: 10 avqust-10 sentyabr 2026-cı il

Yer: Rəcəb Tayyib Ərdoğan Universiteti, Rize, Türkiyə

Sahə: Tibb üzrə praktik təcrübə

Yerlərin sayı: Məhdud (15-20 nəfər)

Təcrübə keçilə biləcək şöbələr:

 Ailə təbabəti

 Ağciyər Xəstəlikləri

 Uşaq Sağlamlığı və Xəstəlikləri (Pediatriya)

 Anesteziologiya və Reanimatologiya

 Daxili Xəstəliklər

Tələb olunan sənədlər:

 Akademik transkript (minimum 90+ GPA)

 Xarici pasportun surəti

 Fakültə dekanı tərəfindən tövsiyə məktubu

Universitet tərəfindən yataqxana ilə təminat mövcuddur və qiymətlər münasibdir.

Maraqlanan tələbələr qeyd olunan sənədləri [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Son müraciət tarixi: 28 iyul 2026-cı il

Paylaş

Dostlarınız ilə paylaşın.