6 may 2016-cı ildə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin elmi konfransı keçirilib. Almaniyanın “Denk Pharma” əczaçılıq şirkətinin Azərbaycandaki nümayəndəliyinin maliyyə dəstəyi ilə baş tutan konfransa 26 tələbə qatılıb. Onlar konfransa ümumilikdə 23 elmi iş təqdim ediblər.
Bunlardan 4 tələbə üzrlü səbəblərə görə konfransda iştirak etməyib. 22 tələbə (19 iş) isə yerlər uğrunda mübarizə aparıblar. Saf və obyektiv şəraitdə keçirilən qiymətləndirmədə hər bir tələbə diqqətlə dinlənilib və onlar mövzu ətrafında sualları cavablandırıblar.
Qeyd edək ki, tələbələrin işlərini Dos. N.H. Məmmədova (sədr), Prof. T.A.Süleymanov, Prof. C.İ.İsayev, Prof. E.A.Qarayev, Dos. V.H.Iskəndərov, Dos. N.V.Zülfüqarova, B.m. S.Ə.Tağıyev və B.m. S.M.Babayevadan ibarət münsiflər heyəti dəyərləndirib.
Qalib olmuş tələbələrə pul mükafatı, iştirak edənlərə, həmçinin münsiflər heyətinə hədiyyələr və müvafiq sertifikatlar verilib.
Birinci yerə iki elmi iş - Nuri Mədinə Vaqif qızı (rəhbəri prof. E.A.Qarayev) və Usubova Rufana Baba qızı (rəhbəri b.m. Ş.A.Akimova) layiq görülüb. Hər iki tələbə ayrılıqda 100 manat dəyərində pul mükafatı alıb və I dərəcəli diplomlarla təltif olunublar. İki nəfər ikinci yerə layiq görülüb. Bunlar da 75 manat dəyərində pul ilə mükafatlandırılıblar və II dərəcəli diplomlarla təltif olunublar. Bu yerlərə Nəsibli Validə Rizvan qızı (rəhbəri prof. Y.B.Kərimov) və Babayeva Turan Elnur qızı, Məmmədli Xədicə Namiq qızı (rəhbəri prof. V.Y.Əsmətov) layiq görülüb. Üçüncü yerə isə yenə 2 elmi iş - Axundzadə Rəna Orxan qızı (rəhbəri dos. V.H.İskəndərov) və Fərəczadə Fidan Namiq qızı (rəhbəri b.m. S.Ə.Tağıyev) layiq görülüb. Bu tələbələr hər işə görə ayrılıqda 50 manat dəyərində mükafatlandırılıb və III dərəcəli diplomlarla təltif olunublar.
Digər iştirakçılar Almaniyanın “Denk Pharma” əczaçılıq şirkətinin Azərbaycandaki nümayəndəliyi tərəfindən hədiyyələr və sertifikatlarla mükafatlandırılıblar.
Daha sonra qərara alınıb ki, Universitet Konfransına 5 iş göndərilsin:
1. Nuri Mədinə Vaqif qızı - “Adi dəlibəng (Datura stramonium) bitkisindən alınmış skopolamin alkaloidinin NMR-spektroskopiya üsulu ilə təyini”
2. Nəsibli Validə Rizvan qızı - “Pişik dırnağı (Lagonychium farctum) bitkisinin bəzi farmakoqnostik tədqiqi”
3. Babayeva Turan Elnur qızı, Məmmədli Xədicə Namiq qızı - “Adi göyrüşdən alınmış bioloji aktiv maddələr məcmuyunun effektiv dozasının lipid peroksidi məhsullarının miqdarına təsiri fonunda təyini”
4. Fərəczadə Fidan Namiq qızı - “Bir sıra bitkilərdən müqayisəli yağlı ekstraktların alınmasına dair”
5. Axundzadə Rəna Orxan qızı - “Refraktometriya üsulu ilə bəzi dərman preparatlarının analizi”
Konfransın sonunda fakültənin dekanı və digər professor-müəllim heyətinin üzvləri çıxış ediblər. Onlar öz çıxışlarında konfransın gedişinindən razılıqlarını bildiriblər və qeyd ediblər ki, bu konfransda çıxış edən tələbələr Azərbaycanın əczaçılığının layiqli gələcəyidir.
Ümumilikdə konfras çox yüksək səviyyədə keçib.