Stomatologiya fakültəsində dövlət imtahanları başladı

Bu gün ATU-nun stomatologiya fakültəsində Dövlət Attestasiya imtahanlarına start verildi.

İmtahanlar 2 mərhələdə keçirilir. Birinci mərhələ - bacarıq imtahanı Dövlət İmtahan Komissiyası tərəfindən qiymətləndirilir.

İkinici mərhələ isə test üsulu ilə ATU-nun Virtual Test Mərkəzində (VTM) keçiriləcək. Hər mərhələ 50 bal hüdudunda qiymətləndirilir.

Bu gün keçirilən bacarıq imtahanlarına Stomatologiya fakültəsindən 7 qrup qatılıb. ATU-nun Stomatoloji Klinikasnın Tədris Mərkəzində keçirilən imtahan yüksək səviyyədə baş tutub.

Sınaq uğurla keçib, tələbələrin hamsı imtahandan yüksək bal toplayıblar.