Bu günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) xarici tələbələri “Tərcümeyi-halımda Azərbaycanın yeri” adlı inşa müsabiqəsində iştirak ediblər.
Beynəlxalq Bakı Tələbə Klubunun həyata keçirdiyi layihə çərçivəsində təşkil olunan müsabiqə ATU-da təhsil alan əcnəbi tələbələrin də böyük marağına səbəb olub. Müsabiqədə xüsusi aktivlik nümayiş etdirən 60-a yaxın əcnəbi müəllifin özünəməxsus adətləri, kaloriti ilə seçilən Lahıc qəsəbəsinə ekskursiya təşkil olunub.
Yarış iştirakçıları arasında olan 13 ATU tələbəsi daha çox fəallıq nümayiş etdiriblər. Onlar həmçinin Lahıc kəndinə ekskursiyana qatılıblar.
Layihənin məqsədi Azərbaycanda təhsil alan əcnəbi gənclərin ölkəmiz haqqında təəssüratlarını genişləndirmək, onların tariximiz, milli-mədəni dəyərlərimiz haqqında biliklərini artırmaq, Azərbaycan haqqında məlumatları gələcəkdə öz ölkələrində paylaşmasına nail olmaqdan ibarətdir.