Avqustun 15-dən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsi adını qazanmış abituriyentlərin qeydiyyat prosesinə start verilib.
Sənəd qəbulunun daha asan və rəvan keçməsi üçün universitet rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər görülüb.
Bu gün ATU rektoru Gəray Gəraybəyli qeydiyyat prosesinin gedişi ilə tanış olub. Professor G.Gəraybəyli sənəd qəbuluna gələn abituriyentlər və onların valideynləri ilə görüşüb, proseslə bağlı onların fikir və təkliflərini dinləyib. Abituriyentlərin əksəriyyəti qəbulla əlaqədar hansısa narahatlığın olmadığını bildiriblər.
Qeyd olunub ki, ATU-da hər bir fakültənin qeydiyyat prosesi ayrılıqda aparıldığından,anlaşılmazlıq və sıxlıq yaranmayıb.
Qeyd edək ki, qeydiyyat üçün lazım olan sənədlərin siyahısı, bəzilərinin isə hətta forması əvvəlcədən ATU-nun internet saytı, həmçinin rəsmi Facebook səhifəsində yerləşdirilib. Gənclər qeydiyyatla bağlı suallarını ATU-nun Facebook səhifəsinə ünvanlayıblar. Eyni zamanda, abituriyentlər universitetdə qeydiyyatla bağlı yaradılmış Qaynar Xətt telefon nömrəsi ilə də əlaqə saxlamaqla onları maraqlandıran məsələlərə aydınlıq gətiriblər.
Qeyd edək ki, I kurs tələbələrinin qeydiyyatı avqustun 25-ə qədər davam edəcək. Qeydiyyat hər gün (istirahət günləri istisna olmaqla) saat 10:00-17:00-a qədər ATU-nun 5 saylı tədris korpusunda aparılır.
Qəbul üçün sənədlərin siyahısını burdan əldə etmək olar: http://amu.edu.az/az/announcements/873