ATU-nun Tədris Terapevtik Klinikasında yeni tədris ilinə həsr olunmuş iclas keçirilib

 

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında yeni tədris ilinə həsr olunmuş iclas keçirilib.
 
İclası giriş sözü ilə açan Klinikanın direktoru, dosent Könül Xəlilova yeni tədris ilinin başlanması münasibətilə professor-müəllim heyətini təbrik edib, onlara işlərində müvəfəqiyyətlər arzulayıb.
 
K. Xəlilova Klinikaya direktor təyin edilməsinə və eyni zamanda ona göstərdikləri etimada görə səhiyyə naziri Oqtay Şirəliyevə və Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə minnətdarlığını bildirib.
K. Xəlilova Klinikaya yeni təyin olunmuş baş həkim, nefroloq Elnur Fərəcovu da iclas iştirakçılarına təqdim edib.
 
E. Fərəcov çıxışında iclas iştirakçılarını salamlayaraq, onlara yeni tədris ilində uğurlar arzulayıb.
K.Xəlilova iclasın davamında Klinikaya direktor təyinatından sonra görülmüş işləri və eyni zamanda planları professor-müəllim heyətinin diqqətinə çatdırıb.
O bildirib ki, Klinikada xəstələrin rahatlığını təmin etmək üçün və həm də onlara göstərilən xidmətin keyfiyyətini yüksəltmək üçün yeni işlər görülür. Çünki əhaliyə yüksək xidmət bizim əsas devizimiz olmalıdır.
 
Həmçinin burda yüksək səviyyəli tibbi təhsilə nail olmaq, həkim-mütəxəssislər hazırlamaq professor-müəllim heyətinin üzərinə düşən əsas işlərdən biridir.
 
Biz həm də Klinika əməkdaşlarını düşünürək, onlara tərəfimizdən edilən endirimləri artırmaqla bağlı yeni planlar üzərində işləyirik.
K.Xəlilova həmçinin Klinikada fəaliyyət göstərən qəbul şöbəsinin işində də yeniliklər olacağı barədə iclas iştirakçılarını məlumatlandırıb.
Klinikada nizam-intizam qaydalarına əməl edilməsinə diqqət çəkən direktor, hər kəsdən buna riayət etmələrini xahiş edib.
“Çünki bura təkcə tibb ocağı kimi deyil, eyni zamanda təlim-tədris mərkəzi olaraq hər kəsin diqqət mərkəzindədir”.
 
Daha sonra çıxış edən pediatr-allerqoloq, professor Amaliya Əyyubova, pediatrik profilli xəstələrin Klinikaya axınını daha da artırmaq üçün həkimlərin ciddi səylə çalışdıqlarını vurğulayıb.
İclas cari məsələlərin müzakirəsi ilə işini yekunlaşdırıb.