Rektor Gəray Gəraybəyli ATU əməkdaşlarının bayramını təbrik edib

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli müqəddəs Qurban bayramı münasibətilə ali məktəbin professor-müəllim heyətini, həmçinin tələbələri təbrik edib.

Bayrama həsr edilmiş görüş zamanı professor G.Gəraybəyli müqəddəs Qurban bayramı münasibətilə hər kəsi təbrik edib. Rektor qeyd edib ki, Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və humanizmə dəvət edir. Həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sadiq qalan xalqımız tərəfindən bu bayram xüsusilə qeyd edilir.

Rektor Gəray Gəraybəyli Tibb Universitetinin əməkdaşları və tələbələrini, onların ailə üzvlərini təbrik edərək, onlara cansağlığı, xoşbəxtlik və ruzi-bərəkət arzulayıb.