Azərbaycan Tibb Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Təşəbbüsü və təşkilatçılığı ilə tibb tələbələri üçün müxtəlif xarici dillər üzrə Danışıq klubları (Conversation) təşkil olunur.
Danışıq klublarının təşkilində məqsəd tələbələrin xarici dil biliklərinin təkmilləşdirilməsinə yönəlib. Conversation zamanı tələbələrə zəruri qrammatik baza ilə yanaşı, xarici dildə akademik danışıq strategiyaları öyrədilir. Növbəti mərhələdə tədris olunmuş strategiyalara əsasən bu dillərdə tibbi mövzuların müzakirəsi aparılır.
Conversationlar ingilis,alman və rus dillərində təşkil olunur. Danışıq klubları bütün kurslar və fakültələrdən olan tələbələr üçün nəzərdə tutulub. Müzakirə ediləcək mövzular seçilərkən tələbələrin dil səviyyəsi nəzərə alınacaq.
Kurslar Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsinin 5-ci kurs tələbəsi, layihə rəhbəri olan Sərxan Həsənli Sərxan tərəfindən aparılacaq. Dərslər hər həftə sonu ATU-nun Fizika Kimya korpusunun akt zalında keçiriləcək.
Conversationlar həftənin şənbə günləri saat 11:00-da keçiriləcək.