Azərbaycan Tibb Universitetində Avropa İttifaqının (AI) Erasmus Mundus Proqramının MEDEA layihəsinin növbəti informasiya günü keçirildi.
3 ildir ki, davam edən layihənin sonuncu çağırış sənəd qəbulu artıq başlayıb. Sənədlərin qəbulunun son tarixi 21 oktyabr 2016-cı ildir.
Proqramın yerli koordinatoru, Azərbaycan Tibb Universitetinin (ATU) Beynəlxalq əlaqələr üzrə prorektoru dos Rəhimə Qabulova layihə barədə məlumat verdi. O qeyd etdi ki, ATU-nun ilk dəfə qatıldığı, Aİ-nin 9 ölkədən 10 universitetini, Avropaya qonşu və tərəfdaş 6 qönşu ölkədən 10 universiteti əhatə edən bu layihə çərçivəsində indiyə qədər ATU-nun 4 tələbəsi, 3 müəllimi, 2 magistri və 1 doktorantı 6-22 ay müddətində mobillik proqramında iştirak ediblər. Sonuncu çağırış yalnız magistratura pilləsində təhsil alan tələbələr və doktorantlar üçün nəzərdə tutulub.
Görüşdə ATU-nun 40-dan artıq magistrant və doktorantı iştirak edib. Görüşün sonunda koordinator onların suallarını cavablandırıb.