Türkiyənin ortopediya və travmatologiya üzrə mütəxəssisləri Tibb Universitetində olublar
Türkiyənin ortopediya və travmatologiya üzrə mütəxəssislərindən ibarət nümayəndə heyəti Azərbaycan Tibb Universitetində qonaq olub. Səfər zamanı türkiyəli mütəxəssislərin ATU rəhbərliyi ilə görüşü də baş tutub.
 
Univesitetin rektoru, professor Gəray Gəraybəyli ilə görüş zamanı Türkiyənin məşhur Medicabil Klinikasıın nümayəndələri özlərinin təmsil etdikləri tibb müəssisəsi haqqında ətraflı məlumat veriblər və ATU ilə əməkdaşlıqda maraqlı olduqlarını bəyan ediblər.
 
Əməkdaşlıq məsələləri müzakirə olunub. Bu zaman kadr mübadiləsi, tələbələrin həmin klinikada staj keçməsi, türkiyəli həkimlərin iştirakı ilə müştərək tədbirlərin təşkilli ilə bağlı təkliflər səsləndirilib.
 
ATU rektoru professor Gəray Gəraybəyli Universitetin klinikalarındaki şəraitdən geniş söz açdı.
Qonaqlar Tədris Cərrahiyyə Klinikasının ortopediya və travmatologiya şöbələrində olublar, burada xəstələr üçün yaradılan şəraitlə tanış olublar. Onlar klinikada mövcud olan müasir avadanlıq və yüksək ixtisaslı kadrların burada əhaliyə yüksək səviyyəli tibbi xidmət üçün imkan yaratdığını bildiriblər.
 
Görüşdə rektorun müşaviri Zülfüqar Musabəyov, ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru Surxay Hadıyev, klinikanin baş həkimi Asiman Həsənov da iştirak ediblər.
 
Nümayəndə heyətinin tərkibinə Prof Ömər Faruk Bilgen Ortopediya və travmatologiya üzrə mütəxəssis,Hayati aygun – Müdicabil klinikasında onurğa mərkəzinin direktoru,Samet Bilgen – klinikaınn beynəlxalq əlaqələr üzrə nemayəndəsi daxil idilər.