ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən fləşmobun məqsədi imtahan ərəfəsində tələbələrin fəal istirahətini təşkil etmək, onların əylənmələrinə şərait yaratmaq olub. Bu aksiyanı izləmək üçün ATU-nun həyətinə çoxlu gənclər toplaşıb. Fləşmobun sonunda rəqs edən tələbələr meydanda "THİK" sözünü düzəldiblər.
Fləşmob ATU THİK-in sədri Elşad Novruzovun rəhbərliyi, fəalları Mələk Turanın təşkilatçılığı və Cavidan Həsənlinin koordinatorluğu ilə baş tutub. Ümumilikdə aksiyaya Aysel Dadaşzadə, Ləman Tağızadə, Kənan Səlimov, Vüsal Rzayev, Humay Mehdiyeva, Gündüz Qənbərli, Malik Şükürlü, Töhfə Nəsibova, Lalə Məmmədova və digərləri qatılıblar.
Fləşmob tamamilə könüllü məşğuliyyətdir və fərqli məqsədlərlə təşkil olunur. Məsələn, əylənmək, cəmiyyətin diqqətini cəlb etmək, müəyyən stereotiplərdən xilas olmaq, özünü təsdiqləmək, stress atmaq, yeni dostlar qazanmaq və s. məqsədlə həyata keçirilir.