Gələn həftə Almanyanın Berlin şəhərində keçiriləcək Beynəlxalq təhsil sərgisinin bir qrup iştirakçısı Azərbaycan Tibb Universitetinin qonağı olub. Hindistan, Pakistan, Bangladeş, Kipr, İspaniya, Nigeriya, Kamerun, Türkiyə və Böyük Britaniyanı təmsil edən aparıcı təhsil şirkətlərinin nümayəndələri ATU-nun anatomiya kafedrasında, Stomatoloji, Terapevtik və Cərrahiyyə klinakalarını ziyarət etmiş, görüşlər keçirilmiş və orada tələbələr üçün yaradılan şəraitlə tanış olmuşlar.
Həmçinin ATU-nun simulyasiya mərkəzində onlara tələbələrin praktik vərdişlərinin tədrisi barədə məlumatlar verilib. Eyni zamanda qonaqlar ATU-nun xarici tələbələrə aid yataqxanasında olmuş, orada əcnəbi vətəndaşlara yaradılan komfort yaşayış şəraiti ilə tanışlıqdan məmnun olduqlarını bildiriblər.
Qonaqlar qeyd ediblər ki, hal-hazırda ATU-da mövcud olan müasir infrastruktur, əcnəbi tələbələrin təhsilinin təşkili dünya səviyyəsinə uyğun standartların aparılması tam imkan verir və bu səfər zamanı alınan ən xoş təəssüratlar onlara Azərbaycan Tibb Universitetini Berlin Beynəlxal Təhsil Sərgisində yüksək səviyyədə təbliğ etmək imkanı verəcəkdir.