9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, müəllim, tələbə və şagirdlər iştirak ediblər.
Azərbaycan Tibb Universiteti də bu möhtəşəm tədbirdən geri qalmayıb. ATU-nun bütün fakültələrindən olan tələbələr Bayraq Yürüşünə qatılıblar. 100-ə yaxın tələbə ilə yanaşı, Tibb Universitetinin prorektorları, dekan və digər rəhbər şəxslərİ Baryraq naminə yürüşdə iştirak ediblər.
Bayraq Yürüşü “Azneft” meydanından başlanıb və Dövlət Bayrağı Meydanında başa çatıb.
Yürüşün keçirilməsinin əsas məqsədi milli atributlarımızın təbliği, gənclərə vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
Yürüş Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Tələbə və şagirdlər Vətənə, bayrağımıza həsr olunmuş şeirlər söyləyib, mahnı və rəqslər ifa ediblər.
Təhsil naziri Mikayıl Cabbarov ölkənin təhsil sahəsində keçirilən islahatlardan danışıb, bu sahəyə dövlət qayğısının ildən-ilə artdığını vurğulayıb. Nazir Dövlət Bayrağı Gününün hər il ölkəmizdə geniş qeyd olunduğunu bildirib, bu tədbirlərin əhəmiyyətini xatırladıb.
Yürüşün sonunda xatirə şəkli çəkdirilib.