ATU Tələbə Gənclər Təşkilatının sədri Bişkekdə Tələbə Şurasının ilk iclasında çıxış edib

 

24-27 noyabrda Qırğızıstanın Bişkek şəhərində Türk Universitetler Birliyi Tələbə Şurasının ilk iclası keçirilib. İclas hazırda Türk Universitetler Birliyinə rəhbərlik edən Qırğızıstan-Türkiyə Manas Universitetinin ev sahibliyi ilə baş tutub.

 

İclasa 4 türk dövlətində fəaliyyət göstərən 16 universitetdən nümayəndə qatılıb. Azərbaycan Tibb Universitetini bu toplantıda Tələbə Gənclər Təşkilatının sədri Tural Əzizov təmsil edib. T. Əzizov Şura iclasında Azərbaycan Tibb Universitetinin (ATU) tarixi, tədris prosesi, klinikaları, yataqxanaları və s. haqqında geniş məlumat verib, iştirakçılara ATU-nu əks etdirən slayd təqdim edib.