ATU-nun əcnəbi tələbələri “Multikulturalizm ili”nə həsr olunmuş tədbirlərdə iştirak ediblər

Müxtəlif etnik köklərə, dinlərə malik insanlar əsrlər boyu Azərbaycanda sülh, əmin-amanlıq şəraitində yaşamış və müstəqillik illlərində də bu müsbət meyl daha da güclənib. Ölkəmizdə müxtəlif mədəniyyətlərə mənsub olan dini abidələr qorunub saxlanılıb, multikulturalizm və dini dözümlülük Azərbaycan dövlət siyasətinin bir istiqamətinə çevrilib. Təsadüfi deyil ki, 2016-cı il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan edilib. Bu təşəbbüs çərçivəsində ölkəmizdə multikulturalizm dəyərlərini və dini dözümlülüyünü təbliğ edən çoxsaylı beynəlxalq tədbirlər təşkil olunub.

 

Azərbaycan Tibb Universitetinin (ATU) xarici tələbələrlə iş üzrə dekan, dosent İsmayıl Əfəndiyev bildirib ki, ATU da bu təşəbbüsə qoşularaq Bakı Beynəlxalq Tələbə Klubunun “Azərbaycan tolerantlıq modeli kimi” layihəsində iştirak edib. Qeyd edilən layihə çərçivəsində Azərbaycanın dünya üçün bir tolerantlıq nümunəsi olduğunu Azərbaycan Tibb Universitetində təhsil alan əcnəbi tələbə və gənclər vasitəsilə dünyaya çatdırılması və ölkəmizin beynəlxalq aləmdə təbliğ olunmasına böyük dəstək verilib. Noyabr ayının 26-da Azərbaycan Tibb Universitetinin əcnəbi tələbələri üçün Bakı şəhərində yerləşən bir sıra dini obyektlərə, o cümlədən Heydər Məscidinə, Jen Mironosits Pravoslar Kafedral Kilsəsinə, Bakirə Müqəddəs Məryəm Katolik Kilsəsinə, Bakı Krişna Şüuru Dini İcmasına, Bakı Dağ Yəhudiləri Sinaqoquna səfərlər təşkil edilib. Tələbələr həmin dini abidələrlə yaxından tanış olub, onlara multikulturalizm dəyərlərinin qorunması və təbliği sahəsində Azərbaycanda görülmüş işlər barədə ətraflı məlumat verilib, bununla bağlı canlı müzakirələr aparılıb.

 

Qeyd edilən ekskursiya və müzakirələr tələbələrin böyük diqqət və marağına səbəb