Əczaçılıq fakültəsinin Tələbə Gənclər Təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “Xəmsə MİO” oyunu keçirilib.
Oyun başlamazdan öncə fakültənin dekanı, professor Tahir Süleymanov intellektual oyunların keçirilməsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, bu cür oyunlar perspektivli mutəxəsislərin hazırlanmasında müsbət rola malikdir.
Ümumilikdə yarişa qoşulan 8 komandadan “36.6”, “Nevroz”, “Expandables” və “Albatros” komandaları “A” qrupunda, “Morfin”, “Histamin”, “Rezonans”, “Şah və Mat” komandaları isə “B” qrupunda mubarizəyə başlayıb. “Nevroz” və “Expendables” komandası “A” qrupundan, “Morfin” və “Histamin” komandası isə “B” qrupunda daha çox xal toplayaraq finala vəsiqə qazanmışdır. Final mərhələsində daha çox xal toplayan “Nevroz” komandası qalib olub. Qalib olan komanda pul mükafatına və diploma layiq görülüb. Yarış, eləcə də fakültə haqqında digər məlumatlarla fakültənin rəsmi facebook ünvanı olan “ATU Eczaciliq” səhifəsində tanış ola bilərsiz.