“Boulevard Hotel Baku”da İraqın ölkəmizdəki səfirliyi tərəfindən Azərbaycan Tibb Universitetində (ATU) və digər ali təhsil müəssisələrində təhsil alan iraqlı tələbələrin yerli ali məktəblərin rəhbərləri ilə görüşü keçirilib. Görüş İraq Təhsil Nazirliyinin Azərbaycanın bəzi universitetlərinin diplomlarını tanıması ilə bağlı olub. İraqın ölkəmizdəki səfiri Fazil Avad əl-Şuveyli tərəfindən təşkil olunan tədbirdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dos. N. Zeynalov, xarici tələbələrlə iş üzrə dekani dos. İ. Əfəndiyev, universitetimizin başqa rəsmləri də iştirak edib. Səfir Fazil Avad əl-Şuveyli qeyd edib ki, son vaxtlar İraq və Azərbaycan arasında ikitərəfli əlaqələr möhkəmlənib və genişləndirilib: “Bunun da nəticəsində Azərbaycan Tibb Universitetinin və bir neçə başqa ali təhsil müəssələrinin diplomlarını İraq Respublikası tərəfindən rəsmi tanınmasına nail ola bilmişik”. ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dos. N. Zeynalov və xarici tələbələrlə iş üzrə dekan dos. İ. Əfəndiyev iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın vacib olmasını vurğulayıblar. Qeyd olunub ki, hazırda ATU-da təhsil alan 300-ə yaxın iraqlı tələbələrin tədrisi müvafiq tibb sahəsində olan beynəlxalq standartalara uyğun aparılır. Rəsmi hissədən sonra qonaqlar üçün təşkil edilən ziyafət qarşılıqlı dostluq şəraitində davam edib.