Azərbaycan Tibb Universitetində (ATU) “Elsevier Clinical Solutions” kompaniyasının nümayəndələri tərəfindən bu ali təhsil ocağının professor-müəllim heyəti üçün təqdimat mərasimi keçirilib.
“Clinical Key” elektron kitabxanasının təqdimatına həsr olunmuş tədbirdə iştirakçılara kitabxanadan istifadə qaydaları, bu şəbəkənin onlara verdiyi üstünlüklərdən söz açılıb.
ATU-nun elmi işlər özrə prorektoru Rauf Bəylərov “Elsevier Clinical Solutions” şirkəti ilə memorandum imzaladıqlarını xatırladıb. O bildirib ki, bu memorandum əsasında ATU-nun 4 klinikası “Clinical Key” proqramına qoşulub: “Bu proqrama qoşulmanın müsbət tərəfləri var, bu gün bu haqda hər kəsə məlumat veriləcək.
Gələcəkdə universitet tərəfindən Elmin İnkişaf Fonduna müraciət edəcəyik ki, “Elsevier Clinical Solutions” şirkəti ilə davamlı olaraq, qeyd olunan layihələri həyata keçirmək üçün bizə qrant ayrılsın. Ümid edirik ki, planlaşdırdığımız layihələr uğurla həyata keçəcək”.
Daha sonra söz alan “Elsevier Clinical Solutions” şirkətinin satış meneceri Atilla İkinci şirkətin Tibb Universitetinə və klinikalarına xidmətlərindən, yaratdığı yeniliklərdən, gördükləri işlərdən danışıb.