Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında 3-cü orqan transplantasiyası günlərinə start verildi.
Tədbirdə açılış nitqi ilə çıxış edən akademik Nuru Bayramov bu tip konfransların önəmindən bəhs etdi: “Biz burada biliklərimizi qarşılıqlı bölüşüb, nələrsə öyrənirik. Gələcək nəsil üçün də bu olduqca vacibdir. Elmi araşdırmalar zamanı yazılan, işlənən hər iş çox incəliklə edilməlidir”.
Daha Sonra tədbir seminar şəklində öz işini davam etdirdi. Malatya İnönü Universiteti Turqut Özal Tibb Mərkəzinin professoru Cüneyt Kayaalp iştirakçılarla “Elmi araşdırmalar” mövzusunda məruzə etdi O bildirdi ki, insanın gücü elmdədir: “Nə qədər çox bilsən o qədər də güclü olarsan”.
Professor C. Kayaalp məqalə yazmaq, araşdırmalar aparmaqla bağlı da təcrübəsini bölüşdü.
Qeyd edək ki, konfrans 2 gün davam edəcək.