Nəşr Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının professoru Maqsud Qasımov, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, ATU-nun uşaq xəstəlikləri kafedrasının müdiri Adilə Namazova, mama-ginekologiya kafedrasının dosenti Kamilə Qasımova və qidalanma və kommunal gigiyena kafedrasının dissertantı Aytən Səmədzadə tərəfindən hazırlanıb.
Müxtəlif qidalanma problemlərinə həsr olunan nəşrin hazırlanmasında Azərbaycan və dünya tibb alimlərinin məqalələrindən, müxtəlif kitab və dərsliklərdən istifadə olunub. Kitabda əhalinin müxtəlif təbəqələrinin, o cümlədən uşaqların, hamilə qadınların, süd verən anaların, ahıl və yaşlı insanların düzgün qidalanması haqqında ətraflı məlumat verilir, müalicə-profilaktik nöqteyi-nəzərdən qidalanmanın əsas problemlərinə nəzər yetirilir.