İctimai fənlər kafedrasında tələbə elmi cəmiyyətinin konfransı keçirilmişdir. İctimai fənlər kafedrasının müdiri, professor Qoşqar Əliyev konfransı açıq elan etdkdən sonra ictimai fənlər üzrə TEC-ə məsul şəxs, dosent Cavanşir Sadıqov tələbələrə proqrama müvafiq olaraq çıxış üçün söz verdi.
Ümumilikdə 13 nəfər tələbə TEC-in ictimai fənlər üzrə konfransına elmi iş hazırlayaraq çıxışa təqdim etmişdi. Mövzular çox aktual və maraqlı idi. Təqdim olunan elmi konfrans materiallarının əksəriyyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuşdu. Dahi şəxsiyyətin həyat və fəaliyyətinin tələbə gənclər üçün bir məktəb olduğu onların elmi işlərində də geniş əksini tapmışdı.
800b qrup tələbəsi Aytac İsmayılova, 800a qrup tələbəsi Fatimə Hacıyeva, 8a qrup tələbəsi Fidan Cəfərli, 801a qrup tələbəsi Aysel Məhərrəmova, 168a qrup tələbəsi Şəhla Adilova, 802b qrup tələbəsi Fidan İsmayılova, 160b qrup tələbəsi İnci Əzizova, 160b qrup tələbəsi Şəfa Novruzlu, 160b qrup tələbəsi Şəkər Həsənzadə, 8b qrup tələbəsi Ərşad Səfərov, 8b qrup tələbəsi Ayşə Səlimzadə, 20a qrup tələbəsi Nəzrin Kərimzadə və 801b qrup tələbəsi Həcər Babayevanın məruzə etdikləri elmi işlər konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Son olaraq münsiflər heyəti tərəfindən tələbələrə dolğun və əhatəli çıxışlarına görə təşəkkür edilib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulanıb.