Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının və “HəkimTap” kompaniyasının təşkilatçılığı ilə tibbin ən aktual məsələləri olan “Tibbi etika. Deontologiya. Tibb işçilərinin subordinasiya qaydaları” və “Həkimlərin hüquqları” mövzularında seminar keçirilib.
Seminarda ATU-nun Psixiatriya kafedrasının əməkdaşı, psixiatr Dr. Ceyhun Məmmədzadə “Tibbi etika. Deontologiya. Tibb işçilərinin subordinasiya qaydaları” və hüquqşünas Ədalət Dəmirov “Həkimlərin hüquqları” mövzularında çıxışlar ediblər.
Daha sonra müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Seminarın sonunda iştirakçılar sertifikartla mükafatlandırılıb.