ATU-nun mikrobiologiya və immunologiya kafedrasının nümayəndəsinin layihəsi “Lanset” jurnalında dərc olunacaq

2017-ci ilin Yanvar ayında Dünya Səhiyyə Təşkilatı (WHO) Almaniyanın Tübingen University-in professoru Evelina Tacconelli-in rəhbərliyi ilə "Müalicə rəhbərinin yaradılması üçün patogenlərin prioritetləşdirilməsi, vərəm daxil olmaqla antibiotiklərə davamlı bakteriyaların müalicəsində yeni antibiotiklərin araşdırılması və kəşfi" adlı layihəyə başlanılıb.

Layihədə Avropa dövlətləri ilə yanaşı ABŞ, Braziliya, Koreya, Malaziya iştirak ediblər. Azərbaycanı ATU-nun Mikrobiologiya və İmmunologiya kafedrasının assistenti Fidan Otello qızı Yılmaz təmsil edib. Aparılan tədqiqatın nəticəsi Dünya Səhiyyə təşkilatının rəsmi saytında yer almaqdadır (http://www.who.int/…/ration…/prioritization-of-pathogens/en/).

Həmçinin nəticələr tibb sahəsində nüfuslu jurnallardan biri olan Lanset jurnalında yaxın günlərdə dərc olunacaq.