Noyabrın 8-də Azərbaycan Tibb Universitetində epidemioloji vəziyyətə həsr olunmuş brifinq keçirilib.
Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin baş epidemioloqu, ATU-nun epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev ölkədə hazırkı epidemioloji vəziyyət barədə jurnalistlərə məlumat verib.
Professor deyib: "Hazırda respublikamızda nə qrip, nə də qripəbənzər kəskin respirator xəstəliklərin epidemiyası müşahidə edilmir. Belə olduğu təqdirdə hansısa xəstəliklə kütləvi mübarizə aparmaq haqqında söz ola bilməz. Əgər 1000 nəfərdən 10-da qrip varsa bu adi haldır. Havaların soyuması ilə əlaqədar bütün dünyada olduğu kimi ölkəmizdə də qriplə bağlı problemlər meydana çıxır. Bunun epidemioloji həddi keçməməsi səbəbindən əhali kütləvi vaksinasiyası olunmur. Lakin özəl klinikalarda qrip əleyhinə peyvəndlənmə aparılır. Hər bir vətəndaş istəyə bağlı öz təşəbbüsü ilə vaksinasiya oluna bilər”.