Sevinc Hüseynbala qızı Məhərrəmova
1987-ci ildə Bakı ş. Nəsimi rayonunda yerləşən 42№-li orta məktəbi bitirib. 1987-1992-ci illərdə Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsində ali təhsil alıb və müvəffəqiyyətlə bitirmişdir. 1992-1993-ci ildə interna, 1994-2000-ci illərdə Respublika Perinatal Mərkəzində provizor, 2000-2018-ci illərdə Azərbaycan Tibb Universitetinin Latın dili kafedrasında müəllim, baş müəllim, dosent, 2018-ci ildən hal-hazıradək Farmakologiya kafedrasının dosentidir.
2007-ci ildə Azərbaycan Tibb Universitetinin Dissertasiya Şurasında namizədlik dissertasiyası müdafiə edib, əczaçılıq elmləri üzrə fəlsəfə doktorudur. İşlədiyi müddət ərzində 42 elmi iş, o cümlədən 2 metodik tövsiyyə, 2 tədris-metodik vəsait və 3 dərs vəsaitinin müəllifidir.
Arzu Arif qızı Bəydəmirova
1967-ci il 27 yanvar Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1984-cü illərdə orta məktəbi bitirmiş, həmin ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun II müalicə profilaktika fakultəsinə daxil olmuş, 1991-92-ci illərdə 4 saylı şəhər klinik xəstəxanada müalicə işi ixtisası üzrə internatura keçmişdir. 1993-cü ildə aspirantura şöbəsinə daxil olmuş, 1997 –ci ildə “Arterial hipertoniyalı xəstələrdə kaptopril və kardofenin lipid mübadiləsinə və hemodinamikaya müqayisəli təsirinin öyrənilməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş. 1998-ci ilində Kliniki Farmokologiya kafedrasına assistent vəzifəsinə təyin olunmuşdur. Elmi fəaliyyəti zamanı 60 - dan cox elmi məqalə və tezisin, o cümlədən 1 dərs vəsaitinin müəllifi, ”Kliniki farmakologiya” dərsliyinin həmmüəlifidir.