“Məhkəmə təbabəti” kafedrasında I və II Müalicə-profilaktika, Stomatologiya və Hərbi-tibb fakültələrinin tələbələrinə məhkəmə təbabətinin əsasları üzrə tədris aparılır.
Tədris prosesində tələbələr məhkəmə-tibbi elmin predmeti, məqsədi və vəzifələri, məhkəmə-tibbi ekspertizanın təşkili və növləri, ölümün tibbi-bioloji əsasları, ölüm əlamətləri və ölümün vaxtının təyini, zorakı və qeyri-zorakı ölüm növləri, mexaniki, termiki, kimyəvi və digər xarici təsirlər nəticəsində yaranan bədən xəsarətləri, onların mexanizmi və sağlamlığa zərər vurma dərəcəsinin qiymətləndirilməsi, habelə cinsi cinayətlər, zəhərlənmələr və asfiksiyalar haqqında nəzəri biliklər əldə edirlər.
Hər bir fakültənin ixtisas xüsusiyyətləri nəzərə alınmaqla hazırlanmış proqramın əsas məqsədi tələbələrdə məhkəmə-tibbi düşüncə tərzini formalaşdırmaq, bədən xəsarətlərinin məhkəmə-tibbi qiymətləndirilməsinin prinsiplərini öyrətmək, klinik və ekspert təcrübəsində məhkəmə təbabətinin əhəmiyyətini aşılamaqdır.
Tədris zamanı tələbələr məhkəmə-tibbi sənədlərin tərtibi, ekspert rəyinin strukturu, sağlamlığa zərər vurma dərəcəsinin müəyyənləşdirilməsi, ölüm səbəbinin və mexanizminin təhlili, habelə klinik məlumatların məhkəmə-tibbi aspektdən qiymətləndirilməsi üzrə biliklərə yiyələnirlər.
Eyni zamanda, praktik məşğələlərdə hadisə yerinin ilkin qiymətləndirilməsi, meyitin xarici və daxili müayinəsi, bədən xəsarətlərinin təsviri və sənədləşdirilməsi kimi praktiki vərdişlər formalaşdırılır.
Məhkəmə təbabəti(Stomotologiya fakultəsi)
Məhkəmə təbabəti (Hərbi Tibb fakultəsi )