Azərbaycan Tibb Universitetində (ATU) prof. Çingiz Rəhimovun rəhbərlik etdiyi alim və mütəxəssis qrupu ən muasir rəqəmsal texnologiyalardan istifadə metodlarını rekonstruktiv cərrahiyyədə tətbiq edir. Dünya təcrübəsində ilk dəfə Azərbaycan cərrahları virtual reallıq eynəkləri ilə üzün bərpası əməliyyatını keçiriblər.
Bu unikal metodika 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı olan “Bakutel-2017”də təqdim olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və 1-ci vitse Prezident Mehriban Əliyeva sərginin açılışında iştirak edib. ATU cərrahlarının yeni metodikası sərgi iştrakçıların diqqətinə çatdırılıb və maraqla qarşılanıb.
Məlumat olaraq bildirilib ki, yeni metodika Azərbaycanla paralel olaraq ABŞ, Çin və digər ölkələrdə işlənilir. Bu üsul cərrahi əməliyyatı daha dəqiq aparmağa, onun vaxtını xeyli azaltmağa, toxumaların zədələnməsini minimuma endirilməsinə, eləcə də yüksək funksional və estetik nəticələrin əldə edilməsinə imkan yaradır.
Porfessor Çingiz Rəhimov bildirir ki, digər nahiyələrdən fərqli olaraq üzdə aparılan rekonstruktiv cərrahi əməliyyatlara daha yüksək funksional və estetik tələblər irəli sürülür: “Son zamanlar sayı artan travmatik zədələnmələr və şiş xəstəliklərinin müalicəsində həyat keyfiyyəti faktorun önə çəkilməsi bu sahəyə təlabatı xeyli artırıb. Bu nahiyədə mürəkkəb anatomik quruluşu nəzərə alsaq, cərrahi əməliyyatın müvəffəqiyyəti onun yüksək dəqiqliyi ilə keçirilməsindən, mümkün qədər qısa müddətdə və sağlam toxumaları zədələmədən aparılmasından asılıdır”.
Professor bildirir ki, son zamanlar kompüter texnologiyaların nailiyətləri xalq təsərufatın bütün sahələrdə müvəffəqiyyətlə tədbiq edilir. Tibb sahəsidə bu nailiyətlərdən yaralanır.
“Rəqəmsal texnologiyaların son nailiyyəti olan artırılmış reallıq eynəklərlə və tərəfimizdən hazırlanan xüsusi proqram təminatı ilə üzdə aparılan cərrahi əməliyyatlarda yüksək nəticə əldə etmək olur. Belə nailiyətlərlə də Azərbaycan səhiyyəsi ən yüksək inkişaf etmiş ölkələrlə bir sırada dayanır”.