11-ci Respublika Universiadasında ATU-nun qələbəsi.
Məlumunuz olsun ki, 22 il ərzində Respublikada 2 ildən bir Universiada keçirilir.
Çox sevindirici haldır ki, 04 mart - 25 may 2013-cü il tarixində 25 Ali təhsil məktəbləri arasında yarışdığı XI Universiadada Azərbaycan Tibb Universiteti komandası hesabında 640 xal yığaraq 1 yerə çıxıb və super kuboka sahib olmuşdur.
Azərbaycan Tibb Universitetinin komandası 11 dəfə keçirilən Universiadalarında həmişə qalib olmuşdur.
Universitetimizin rektoru hörmətli akademik Ə.T.Əmiraslanovun həmişə diqqəti və qayğısı sahəsində, bizim tələbələrimiz Ali məktəb arasında keçirilən Universiadalarda müvəffəqiyyətlə çıxış edirlər.
Eyni zamanda, qeyd etmək istəyirik ki, tədris hissəsi üzrə prorektoru professor S.C.Əliyevi. Onun hər dəfə Universiadaların açılışında və qaliblərin mükafatlandırılmasında fəal iştirakı olub.
ATU-nun Həmkarlar İttifaqının sədri dossent C.L.Qasımov yarışların mailəşməsində və iştirakçıların forması ilə təmin olunmasında böyük köməkliyi olub.
Bu qələbənin qazanmasında bədən tərbiyəsi və idman kafedrasının müdiri professor K.Ə.Kəbirlinskinin və idman klubunun sədri S.Ş.İsayevanın əməyini xüsusilə qeyd edilməlidir. Onların rəhbərliyi sahəsində məşqçilər yüksək fədakarlıq göstərmişlər.
Nəticədə 12 idman növündən: 8 növündə - I yer, 2 növündə - II yer, 2 növündə - III yer tutmuşuq.
1. Basketbol (qızlar) - I yer, məşqçi prof. Kəbirlinski K.Ə.
2. Basketbol (oğlanlar) - I yer, məşqçi İsayeva S.Ş.
3. Dama - I yer, məşqçi Qurbanova K.
4. Cü-do - I yer, məşqçi Bağırov A.K.
5. Yunan-Roma güləşi - I yer, məşqçi prof.Məmmədov Z.Ə.
6. S/ü tennis (qızlar) - I yer, məşqçi Ağamaliyeva Y.V.
7. Yüngül atletika - I yer, məşqçi Bayramov Ş.T.
8. Üzgüçülük - I yer, məşqçi Lebedinskaya V.İ.
9. Həndbol (oğlanlar) - II yer, məşqçi prof. Kəbirlinski K.Ə.
10. Badminton (qızlar) - II yer, məşqçi Mehtiyeva N.N.
11. Həndbol (qızlar) - III yer, məşqçi prof. Kəbirlinski K.Ə.
12. Sərbəst güləşi - III yer, məşqçi Dadaşov A.K.

ATU-nun idman klubunun idarə heyyətinin yığıncağında qərar alındı ki, müalicə-profilaktika fakultəsi IV kurs 209b qrup tələbəsi Zeynalov Elçin 2013-cü ilin Azərbaycan Tibb Universitetinin "Ən yaxşı idmançısı" kimi seçilsin.