Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Dissertasiyaların tərtibi qaydaları” mövzusunda seminar keçirilib. Seminarda aspirantlar, doktorantlar və dissertantlar üçün önəmli bilgilər açıqlanıb. ATU-nun Terapevtik və Pediatrik Propedevtika kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Səidə Xanməmmədova çıxışında Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyasının rəyasət heyətinin qərarları ilə edilmiş dəyişikliklərlə, dissertasiyaların tərtibi qaydaları ilə bağlı seminar iştirakçılarına ətraflı məlumat verib. Keçirilən bu seminarın aspirantlar, doktorantlar və dissertantlar üçün əhəmiyyətini vurğulayan S. Xanməmmədova qeyd edib ki, seminar gələcəkdə bu sahədə görüləcək işlərin keyfiyyətinin yüksəldilməsi baxımından da vacib rol oynayacaq.