ATU-nun Tədris Terapevtik Klinikasında

Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik klinikasında İsrail Səfirliyinin dəstəyi, Azərbaycan Tibb Universiteti və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetlərinin təşkilatçılığı ilə həyata keçirilən Dream Doctors layihəsinin növbəti təlimi baş tutub.

Təlim İsraildən gəlmiş peşəkar tibbi klounlar - Hanuka Penni və Azarin Vitali tərəfindən keçirilib. 
Tibbi klounadada ilk addımlarını atan gənclər təlimçilərin rəhbərliyi ilə klinikanın pediatriya şöbələrində müalicə alan uşaqlarla və onların valideynləri ilə ünsiyyət qurub, müxtəlif xəstəliklərdən əziyyət çəkən balaca pasiyentləri əyləndirib, onlara bu bayram günündə xoş əhval-ruhiyyə bəxş ediblər.