8 Mart Beynəlxalq Qadınlar Günü Azərbaycan Tibb Universitetinin tələbələri tərəfindən də geniş miqyasda qeyd edilib. “Meridian” incəsənət mərkəzinin təşkilatçılığı ilə Bakı İdman Sarayında baş tutan bayram tədbirində müxətlif ali məktəblərin tələbələri iştirak ediblər.
ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Kərimovun sözlərinə görə, təntənəli bayram mərasimində universitetin 300-ə yaxın tələbəsi işitrak edib: “Bayramın təşklində əsas məqsəd qadınları bir daha təbrik etmək, onların cəmiyyət, ailə üçün nə dərəcədə əhəmiyyətli olduğunu hər kəsə xatırlatmaqdan ibarət idi. Xanımları qorumaq, onların hüquqlaını mdüfaiə etmək hər birimizi borcudur. Bayram günü bir daha bu məqamlara diqqət yetirildi, qadınların ünvanına gözəl sözlər səsləndirildi, onlara arzularımızı çatdırdıq”.
Təntənəli bayram tədbirində tanınmış müğənnilər populyar mahnılarını ifa ediblər. Bundan əlavə, qonaqlar əyləncəli oyunlarda iştirak ediblər, bəzi qadınlara hədiyyələr təqdim olunub. Tədbirdə tələbələrin asudə vaxtını səmərəli keçirməsinə şərait yaradılıb.
Qeyd edək ki, “Meridian” İncəsənət Mərkəzinin məqsədi əsasən milli dəyərlərimizin, adət-ənənələrimizin, mədəni irsimizin daha da inkişafı, əlamətdar günlərin və hadisələrin təşkil edilməsi və keçirilməsidir.