Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Texniki Universitetinin Tələbə Gənclər Təşkilatının (AzTU) təşkilatçılığı ilə Cümhuriyyətin 100 illiyinə həsr olunmuş stolüstü tennis turniri keçirilib.
Azərbaycan Tibb Universitetinin (ATU) də tələbələrinin iştirak etdiyi turnirdə çıxış edən ATGTİ-nin sədr müşaviri Hüseyn Babayev tədbir haqqında danışıb. O, iştirakçıları yarış barədə məlumatlandırıb və onlara qaydaları izah edib.
Turnirdə I yerin qalibi ATU Tələbə Gənclər Təşkilatının MPF2 üzrə fakültə sədri Şəmsi Axundov, II yerin qalibi ATU tələbəsi Hossein Shapouran, III yerin qalibi isə Azərbaycan Texniki Universitetinin tələbəsi Kənan İsmayılov olub.
Yarışın qalibləri diplomlarla təltif edilib.