Azərbaycan Tibb Universiteti ilə yaxın və uzaq xaricdə fəaliyyət göstərən tibb universitetləri arasında mütəmadi olaraq təcrübə mübadiləsinin aparılması artıq ənənəyə çevrilib. Tibbin ayrı-ayrı sahələri üzrə ixtisaslaşmış mütəxəssislər qarşılıqlı razılaşmalar əsasında təşkil olunan müxtəlif konfrans və seminarlara qatılır, mühazirələr oxuyurlar.
Bu günlərdə isə Marat Ospanov adına Qərbi Qazaxıstan Dövlət Tibb Universitetinin nümayəndə heyəti universitetimizin qonağı olub.
Martın 13-də həmin universitetin Onkologiya və vizual diaqnostika şöbəsinin kurs rəhbəri, Regional Perinatal Mərkəzin doktoru, tibb elmləri namizədi Yerbolat İztleuov II mamalıq-ginekologiya kafedrasında keçirilən elmi seminarda mühazırə oxuyub. Mühazirədə ginekologiyanın mövcud problemlərinə toxunulub və bu sahədə tətbiq edilən yeniliklərdən söhbət açılıb.