Rezidentura imtahanları keçirildi
ATU-nun rezidentura şöbəsinin müdiri Rizvan Məmmədovun sözlərinə görə, bu il imtahanlarda 268 tələbə iştirak edib. Bilik yarışına qatılan I və II kurs tələbələri ümumilikdə 32 ixtisas üzrə imtahandan keçiblər.
İmtahanlara ATU-nun rezidentura şöbəsinin müdiri Rizvan Məmmədov tərəfindən başçılıq edilib. Bundan əlavə, hər bir kafedranın müəllimləri də prosesə nəzarət ediblər. Bu gün baş tutan sonuncu imtahanda professor Lalə Allahverdiyeva, dosent Səxavətdin Axundov və dosent Aynur Ağayeva Aynur iştirak ediblər. Onlar imtahanın yüksək səviyyədə keçdiyini, tələbələrin əksəriyyətinin hazırlıqlı olduğunu bildiriblər.