Bizi izləyin:
Heydər Əliyev
ATU əməkdaşları beynəlxalq onkoloji konqresdə iştirak ediblər

ATU əməkdaşları beynəlxalq onkoloji konqresdə iştirak ediblər

Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya kafedrasının əməkdaşları ESMO Sarcoma and Rare Cancers Congress 2026 konqresində iştirak ediblər.

ATU-nun Tədris Onkoloji Klinikasının baş həkimi, dosent Tamara Quliyeva və dosent Samirə Səfərova konqres çərçivəsində “Yumşaq toxuma sarkomasının müalicəsinə fərdi biomarker əsaslı yanaşmaların proqnostik potensialının modelləşdirilməsi” mövzusunda poster məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, bu il keçirilən sarkomalar və nadir xərçəng növləri üzrə ESMO konqresi növbəti dəfə qabaqcıl tədqiqatların təqdim olunduğu, yeni müalicə strategiyalarının müzakirə edildiyi və onkologiyanın bu mühüm sahəsinin inkişafı üçün beynəlxalq əməkdaşlığın təşviq edildiyi aparıcı platforma kimi çıxış edib.

Paylaş

Dostlarınız ilə paylaşın.