Videoçarxda sağlamlığı qorumağın, səhhətimizə diqqətlə yanaşmağın əhəmiyyətindən bəhs olunur, bütün dünyada insanları narahat edən əsas xəstəlikləri barədə məlumat verilir. Süjetdə ATU-nun Psixiatriya kafedrasının assistenti Nəsimi Vahabov, ATU-nun tələbələri - Rauf Vəliyev, Tamilla Qəhrəmanzadə, Azad Kərimbəyli. Simarə Qurbanova, Seyidağa Abbaszadə, Gülnur Rüstəmova, İsmayıl Nəzərli və Cavid Mustafazadə çəkiliblər. Videoçarxın ərsəyə gəlməsində ATU rəhbərliyi və universitetin Tələbə Gənclər Təşkilatının sədri Tural Əzizovun dəstəyi olub.
ATU-nun Tələbə Gənclər Təşkilatı mütəmadi olaraq bu tipli layihələri həyata keçirir. Bundan əvvəl təşkilatın fəalları tərəfindən 26 iyun Silahlı Qüvvələr Günü, Xocalı Soyqırımına həsr olunmuş video materiallar hazırlanmışdı.